Home / Diaspor / Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb

Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb

Azərbaycandan bu ilin yanvar-noyabr aylarında Gürcüstana 1 311 907 nəfər səfər edib. Bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhvəri Giorgi Çoqovadze bildirib. O deyib ki, illik müqayisədə Azərbaycandan Gürcüstana səfər edənlərin sayında 9,8% atrım qeydə alınıb.

Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbilər arasında Rusiyadan sonra (1 341 127 nəfər) ikinci yeri tutub. Üçüncü yerdə Ermənistan (1 162 220), dördüncü yerdə isə Türkiyə (1 031 147) qərarlaşıb.

On bir ay ərzində Gürcüstana, ümumilikdə, 8 105 829 nəfər əcnəbi səfər edib ki, bu da illik müqayisədə 10,6% çoxdur. Turistlərin sayı 4 486 595 nəfər (+17,2%) təşkil edib.(Report)

DiasporNews

Check Also

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində …