Home / Hadisə / Çexiyada saxta universitetlər aşkarlanıb

Çexiyada saxta universitetlər aşkarlanıb

Çexiyada Təhsil Nazirliyindən lisenziyası olmayan xarici ölkə universitetləri və onların filialları fəaliyyət göstərir.  Bu faktları aparılan yoxlamalar zamanı nazirliyin əməkdaşları aşkar ediblər.

Yoxlamaların nəticələrinə görə, akkreditasiya olunmalı olan ixtisasları təqdim etməyən altı universitet barəsində 200 min kron (8 min avro) cərimə cəzası tətbiq edilib. Akkreditə olunmayan ixtisaslar üzrə diplomlar verən iki universitet haqqında isə cinayət işi qaldırılıb.

Bir neçə təhsil müəssisəsinin müvafiq statusu olmadan özlərini “universitet” adlandırması da məlum olub. Nazirlik onların adlarını açıqlamayıb.

Təhsil Nazirliyinin məlumatına görə, Çexiyada qanuni fəaliyyət göstərən 16 xarici ali məktəb və onların filialları var.

DiasporNews

Check Also

“Mühafizə Qaydalarının Təlimi Kursu” keçiriləcək

Ofislərdə, bağçalarda, tikintidə, istehsalat müəssisələrində və s. iş yerlərində baş verən qəzalarda hər il yüzlərlə …

160*600