Home / Diaspor / Ceyhun Hacıbəylinin varisləri Bakıya gəldi – FOTOLAR

Ceyhun Hacıbəylinin varisləri Bakıya gəldi – FOTOLAR

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri – oğlu Timuçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli dekabrın 5-də Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarına tər güllər düzülüb, “Əbədi məşəl” abidəsi ehtiramla yad olunub. Fransada mühacir həyatı ilə bağlı xatirələrdən danışan Benjamin Hacıbəyli Bakıya sonuncu dəfə 12 il bundan əvvəl gəldiyini qeyd edib.

O, Bakının çox dəyişdiyini və inkişaf etdiyini bildirib. Şəhərimizin çox gözəl olduğunu deyən B.Hacıbəyli burada müasir binalarla yanaşı, tarixi abidələrin də diqqət çəkdiyini vurğulayıb. Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe isə qeyd edib ki, səfər çox mənalıdır və görüşdən məmnunluq duyur.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …