Home / Diaspor / Daşkənddə Füzuli adına mərkəz yaradılacaq

Daşkənddə Füzuli adına mərkəz yaradılacaq

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış Memoranduma əsasən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılır. Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyndən DiasporNews-a verilən məlumata görə, mərkəzin statusu, onun dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıması, habelə gələcək fəaliyyətinə dair Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sözügedən Universitetinin rektoru, professor Şuxrat Siracəddinov arasında razılıq əldə olunub.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məlum sərəncamlarına əsasən Azərbaycan dilinə, ədəbiyyatına qayğı və diqqətin artırılması və bu istiqamətdə layihələrin həyata keçirilməsini zəruri edir.

Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətinin təbliği məqsədi ilə Özbəkistanın nüfuzlu elm, təhsil ocaqlarından sayılan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində M.Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzinin yaradılacaqdır. Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən Azərbaycan ocağının yaradılması üçün xüsusi tərtibat və dizayn işlərini həyata keçirəcək, Mərkəzi ölkəmizə dair nəşrlərlə təmin edəcəkdir.

Sözügedən Mərkəzə xüsusi avadanlıqlar, əyani vasitələr veriləcək və Mərkəzdə xalqlar arasında dostluq, mədəni-ədəbi əlaqələrə dair guşələr, habelə dövlət atributları və milli mədəniyyətimizə dair xüsusi stendlər yaradacaqdır.

Gələcəkdə yaradılacaq Mərkəzdə Azərbaycan dili və ədəbiyyatının tədrisi həyata keçiriləcək, ədəbiyyatımıza dair azərbaycanlı alimlərin, mütəxəssislərin iştirakı ilə mühazirələr, açıq dərslər, sərgi və seminarlar təşkil olunacq, yaradılacaq kitabxanadan isə özbək gəncləri geniş faydalanacaqlar.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dilçi pedaqoqu tərəfindən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzində azərbaycan dili kursları təşkil olunacaq həyata keçiriləcəkdir.

Qeyd edək ki, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti türk dilinin bir qolu olan Özbək dilinin geniş tədrisi ilə məşğul olmaqla yanaşı, digər türk dillərinin araşdırılmasına böyük önəm verir. Universitetdə ilk dəfə olaraq Türkologiya kafedrası yaradılmış və 2018-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Türk Akademiyasının dəstəyi ilə “Özbək dilinin türkologiyada rolu” adlı Beynəlxalq Elmi Konfrans keçirilib.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600