Home / Diaspor / Daşkənddəki interpress.uz portalı Azərbaycan tarixindən yazdı

Daşkənddəki interpress.uz portalı Azərbaycan tarixindən yazdı

Daşkənddəki interpress.uz portalında Azərbaycanın tarixi və bu günü ilə bağlı öz müxbiri Abduvali Saibnazarovun özbək dilində geniş məqaləsi yayımlanıb.

Materialda Azərbaycan Xalq Cümhuriyyəti və mövcud olduğu qısa müddət ərzində gördüyü işlər barədə danışılır. Bildirilir ki, 1918-1920-ci illərdə fəaliyyət göstərən bu respublika bugünkü müstəqil Azərbaycan dövlətinin hüquqi varisidir.

Məqalədə Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat yer alıb, indiki Ermənistan ərazisinin qədim torpaqlarımız olduğu bildirilir.

Materialda müstəqil Azərbaycanın uğurlarından, neft layihələri, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, TRASEKA layihələri barədə də danışılır.

Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap edilib.

DiasporNews

Check Also

“Mühafizə Qaydalarının Təlimi Kursu” keçiriləcək

Ofislərdə, bağçalarda, tikintidə, istehsalat müəssisələrində və s. iş yerlərində baş verən qəzalarda hər il yüzlərlə …

160*600