Home / Diaspor / Diaspor nümayəndələri hollandiyalı deputatlarla görüşdü

Diaspor nümayəndələri hollandiyalı deputatlarla görüşdü

Hollandiyada Azərbaycan-Türk Kültür Dərnəyinin üzvləri Xristian-demokratlar partiyasının (CDA) millət vəkillərindən Martijn Van Helvert ve Chris Van Damın dəvəti ilə Hollandiya parlamentində olublar. Dərnək üzvlərinin Parlamentlə tanışlığından sonra, CDA haqqında məlumat verən deputatlar Hollandiyada Azərbaycan-Türk Kültür Dərnəyi ilə gələcək əməkdaşlıq imkanları barədə də fikirlərini bildiriblər.

Səmimi görüş üçün təşəkkür edən Dərnək üzvləri CDA ilə dostluq və əməkdaşlığa ciddi önəm verdiklərini qeyd ediblər.

Daha sonra millət vəkilləri Martijn van Helvert ve Lenny Geluk Poortvlietin iştirakı ilə sənət, mədəniyyət, inteqrasiya və emansipasiya məsələləri barədə fikir mübadiləsi aparılıb.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600