Home / Diaspor / Diaspor təşkilatının internet səhifəsi istifadəyə verilib

Diaspor təşkilatının internet səhifəsi istifadəyə verilib

Monteneqroda fəaliyyət göstərən Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Mərkəzinin yeni internet səhifəsi (www.azcec.me) yaradılıb. Səhifədə Monteneqro və Azərbaycan vətəndaşları iki ölkənin siyasi, mədəni, iqtisadi həyatı, turizm imkanları, infrastrukturu haqqında, ikitərəfli əlaqələr, o cumlədən mərkəzin fəaliyyəti ilə baglı məlumatlarla tanış ola biləcəklər. Bununla yanaşı, saytda Ermənistanın Azərbaycana qarşı təcavüzü, “Xocalıya ədalət” kampaniyası ilə bağlı geniş məlumatlar, həmçinin faydalı linklərə keçidlər yerləşdirilib. Səhifənin mütəmadi olaraq yenilənməsi və daha da genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın tarixi və mədəniyyətinin təbliği istiqamətində bir sıra layihələr həyata keçirən təşkilat bu il Monteneqroda 20 yanvar və Xocalı soyqırımı ilə bağlı məqalələr dərc etdirib, Novruz bayramı, ümummilli lideri Heydər Əliyevin 95 illiyi, Xalq Cümhuriyyətinin 100-cü ildönümü və digər tarixi hadisələrlə bağlı müxtəlif tədbirlər təşkil edib.

Mərkəz yerli, eləcə də beynəlxalq iqtisadi və mədəni təşkilatlarla əməkdaşlıq edir, eyni zamanda, potensial investitorları iqtisadi və investisiya imkanları, xarici investisi-yalara dəstək proqramları, əlverişli sərmayə muhiti haqqında ətraflı məlumatlandırmağa və yardımçı olmağa calışır.

DiasporNews

Check Also

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində …