Home / Diaspor / Diaspor təşkilatları 20 Yanvarla bağlı bəyanat yaydı

Diaspor təşkilatları 20 Yanvarla bağlı bəyanat yaydı

Avropa Azərbaycanlıları Konqresi Azərbaycan tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələri ilə bağlı bəyanat verib. Bəyanat Avropa İnsan Hüquqları Məhkəməsinə və Avropa Parlamentinə ünvanlanıb. Bəyanatda bildirilir ki, XX əsrin ən dəhşətli cinayətlərindən olan 20 Yanvar hadisələri zamanı beynəlxalq hüququn tələbləri kobudcasına pozulub, yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Avropada yaşayan azərbaycanlılar 20 Yanvar hadisələrinin, insanlıq əleyhinə yönəlmiş cinayət kimi, beynəlxalq hüquq çərçivəsində qiymətləndiriləcəyinə və cinayətkarların cəzasız qalmayacaqlarına ümid edir.

Bundan başqa Finlandiya Azərbaycan Assosiasiyası da 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib Bəyanatda bildirilir ki, Qanlı yanvar Azərbaycan tarixinin unudulmaz səhifəsi, müstəqillik uğrunda mübarizə aparan xalqımızın qəhrəmanlıq tarixidir.

Qeyd edilir ki, ayrı-ayrı ərazilərdən ermənilər cəmləşdirilərək xüsusi silahlı qüvvə formalaşdırılıb və 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı və Şumqayıt şəhərlərində, eləcə də bir sıra digər şəhərlərdə dinc insanlar qətlə yetirilib. Bir gecədə 147 nəfər dinc sakin öldürülüb, 700-dən çox insan yaralanıb və 800-dən çox insan isə qanunsuz həbs edilib. Onların arasında uşaqlar, qocalar və əlillərdə var idi.

Bəyanatda qeyd olunur ki, biz inanırıq ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaqdır.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600