Home / Diaspor / Diaspora Komitəsi yeni infoqrafik videoçarx hazırlayıb – Video

Diaspora Komitəsi yeni infoqrafik videoçarx hazırlayıb – Video

Diaspora Komitəsi yeni infoqrafik videoçarx hazırlayıb. Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsindən DiasporNews-averilən məlumata görə, infoqrafik videoçarxda Komitənin əsas fəaliyyət istiqamətləri, diasporun mahiyyəti və tərkibi, eləcə də diaspor siyasətinin başlıca istiqamətləri öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Xaricdə yaşayan soydaşlarımıza dəstək, onların milli mənsubiyyətinin qorunması, Azərbaycan həqiqətlərinin dünyada təbliği, dünya azərbaycanlılarının vahid milli maraqlar ətrafında birləşdirilməsi Dövlət Komitəsinin əsas hədəflərinə daxildir.

 

 

DiasporNews

 

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600