Home / Diaspor / Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə start verib

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə start verib

 Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə – “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verib. Bu barədə DiasporNews-a Dövlət Komitəsindən bildirilib.  Qeyd olunub ki, hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni – Azərbaycanı salamlayacaq.

Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir. Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxlarını Dövlət Komitəsinin rəsmi sosial şəbəkə ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelin 23-də imzaladığı sərəncamla Fuad MuradovAzərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600