Home / Diaspor / Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Fəxri xiyabanda

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Fəxri xiyabanda

İyulun 5-i Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması günüdür. Komitə ulu öndər Heydər Əliyevin “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə yaradılıb.

DiasporNews xəbər verir ki, Dövlət Komitəsinin kollektivi bu münasibətlə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

DiasporNews

Check Also

RAİ-dən kosmopolitlərə çağırış – “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”

“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq …

160*600