Home / Diaspor / “Diasporun Dostları” Klubu yaradılıb

“Diasporun Dostları” Klubu yaradılıb

Bir qrup azərbaycanlı jurnalist və diaspor fəalı tərəfindən dünya ölkələri üzrə “Diasporun Dostları” Klubu yaradılıb. DiasporNews xəbər verir ki, “Diasporun Dostları” Klubu dünyada azərbaycanlılardan və azərbaycanlılarla əməkdaş, dost xalqların diaspor, lobbi təşkilatlarını əhatə edir.

Tək Azərbaycan mətbuatı ilə kifayətlənməyib, ABŞ, Kanada, Avropa, Türkiyə, Rusiya, Orta Asiya, Qafqaz ölkələrinin mətbuatı ilə birbaşa (xaricdəki əcnəbi jurnalistlər vasitəsi ilə) əlaqəni də əsas götürən Klub dünyadakı diaspor təşkilatlarının fəaliyyətini bu əhatədə birləşdirməyi qarşısına məqsəd qoyub. Məqsəd xaricdə yaşayan azərbaycanlıları, azərbaycanlılara dost xalqların nümayəndələrini müxtəlif layihələr və müxtəlif mövzularda bir araya gətirməkdir. Klub istər inzibatçılıqda, istərsə də üzvlükdə gələcəkdə Azərbaycan və digər ölkələrdən olan bir sıra jurnalistləri özündə birləşdirməyi nəzərdə tutub.

Klub jurnalistlər Elnur Eltürk, Zülfüqar Hüseynzadə, Mübariz Aslanov, Polşa Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri, Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva üzrə rəhbəri Şamil Tağıyev, Rumıniya Azərbaycanlıları Birliyinin sədri Vaqif Həsənov tərəfindən təsis olunur və bütün fəal jurnalistlərə, diaspor nümayəndələrinə açıqdır.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600