Home / Diaspor / Dövlət Departamenti: Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-ın ərəfdaşı olub

Dövlət Departamenti: Azərbaycan terrorçuluqla mübarizədə ABŞ-ın ərəfdaşı olub

Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizə sahəsində Amerika Birləşmiş Ştatlarının güclü tərəfdaşı olub.

DiasporNews xəbər verir ki, bu fikir ABŞ Dövlət Departamentinin illik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, ötən il Azərbaycan Hökuməti ölkənin quru və dəniz yolları ilə insan, pul və mal daşınmasına yönəlmiş terrorçuluq fəaliyyətinin aşkar edilməsi və qarşısının alınmasında fəal iş görüb. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısının alınması, terrorçuların izlənməsi və həbsi ilə bağlı əməliyyatlar keçirib.

Bundan başqa, vurğulanır ki, hesabat ilində Azərbaycan NATO-nun antiterror təşəbbüslərinə dəstəyini davam etdirib. Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik edərək Əfqanıstanda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi üzrə səyləri davam etdirib.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600