Home / Diaspor / Dövlət Komitəsində isveçli gənclərlə görüş keçirilib

Dövlət Komitəsində isveçli gənclərlə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində Skandinaviya ölkələrindən Azərbaycana gələn gənclərlərlə görüş keçirilib. Gənclərlə görüşən Komitə sədrinin birinci müavini Valeh Hacıyev qonaqları rəhbərliyin adından salamlayaraq, Azərbaycan diaspor hərəkatının genişlənməsində gənclərin üzərinə düşən vəzifələrdən danışıb, onların potensialını yüksək qiymətləndirib. O, Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən İsveçdə daha geniş yayılması imkanlarından bəhs edib.

Səmimi qəbul üçün minnətdarlıq edən gənclər ölkəmizlə bağlı təəssüratlarını bölüşüb, səfərin böyük əhəmiyyət daşıdığını, Azərbaycan və İsveç gəncləri arasında daha sıx əlaqələr yaratmaq imkanı verdiyini qeyd ediblər. Daha sonra isveçlii gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, gənclərin səfəri İsveçin “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” gənclər təşkilatının və Gənc Politoloqlar Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Bir həftəlik səfər çərçivəsində gənclər müxtəlif qurumlarda görüşlər keçirib, Azərbaycanın tarixi yerlərində olublar.

Check Also

Ukraynada Azərbaycan diasporunun birgə fəaliyyəti müzakirə edilib

Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun növbəti iclası keçirilib. Diasporla …