Home / Diaspor / Dünya azərbaycanlıları üçün media platforması yaradılıb – Fotolar

Dünya azərbaycanlıları üçün media platforması yaradılıb – Fotolar

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Dünya Azərbaycanlılarının Onlayn Sammiti – daos.az saytının təqdimatı keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, vətəndaş cəmiyyəti və KİV nümayəndələri, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də xaricdə yaşayan soydaşlarımız iştirak ediblər. DAOS virtual şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən vətəndaş təşəbbüsü olaraq könüllü yaradılıb.
Nərgiz Xələf çıxış edərək saytın məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, dünya azərbaycanlılarının şərəfinə yaradılmış daoz.az saytının məqsədi, xaricdə yaşayan soydaşlarımıza virtual olaraq Vətəni hiss etdirməkdir. Belə ki, soydaşlarımız öz yazılarını, fikirlərini, hər hansı yaradıcılıq işini, gündəlik fəaliyyətini, şəkillərini ekspromt olaraq paylaşa biləcəklər. Onlar öz paylaşımları ilə sayta özəllik gətirməklə yanaşı, həm də xəbər istehsalçısı rolunu oynayacaqlar.
Fuad Hüseynzadə məlumat verib ki, dünya azərbaycanlıları üçün media platforması olan DAOS onlayn şəbəkəsinin digər xidmətlərindən biri ilk dəfə olaraq sayt vasitəsilə ildə iki dəfə Onlayn Sammitin keçirilməsidir. Sammit çərçivəsində dünya azərbaycanlıları virtual məkanda bir araya gələrək görülmüş və görüləcək işlərini, perspektiv planlarını müzakirə edəcəklər.
Sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun baş məsləhətçisi Natiq Əliyev bu təşəbbüsü yüksək qiymətləndirərək saytın dünya azərbaycanlılarının həmrəyliyi üçün önəmini xüsusi qeyd edib. O deyib ki, xaricdə yaşayan azərbaycanlılarla iş dövlət siyasətinin tərkib hissəsidir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi vacib məsələdir. Bu işdə daos.az saytı böyük rol oynayacaq.
Gənclər və İdman Nazirliyində gənclərlə iş şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev saytın yaradıcılarına uğurlar arzulayıb. Milli Məclisinin deputatı Adil Əliyev deyib ki, bu sayt vasitəsilə bir çox işlərə nail olmaq mümkündür.
Sonra Nərgiz Xələf tərəfindən saytın təqdimatı olub. Tədbir iştirakçılarına saytda necə qeydiyyatdan keçmək, eləcə də yazı və şəkil yerləşdirmək qaydaları izah edilib.





DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …