Home / Lobbi fəaliyyəti / Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrinin reytinqində

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrinin reytinqində

“Global Finance” jurnalı dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini hazırlayıb.  Reytinqin hazırlanması üçün əsas meyarlar kimi hərbi münaqişənin başvermə ehtimalı, vətəndaşların həyatına təhlükə səviyyəsi, iqtisadi inkişaf səviyyəsi, habelə təbii fəlakətin başvermə ehtimalı nəzərdə keçirilib.

Siyahıda 1-ci yerdə İslandiya, 2-ci və 3-cü yerlərdə müvafiq olaraq İsveçrə və Finlandiya dayanaraq ən təhlükəsiz ölkələr hesab edilib. İlk onluğa, həmçinin Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka və Yeni Zelandiya daxil edilib. 

ABŞ cinayətin yüksək səviyyəsinə, habelə təbii fəlakətlərin başvermə ehtimalının yüksək səviyyəsinə görə 65-ci yerdə qərarlaşıb. Qvatemala, Yəmən və Filippin ən təhlükəli ölkələr hesab edilib. Azərbaycan da ən təhlükəsiz ölkələrin siyahısına daxil edilib. Ölkəmiz 10.56 indeks göstəricisi ilə 71-ci pillədə qərarlaşıb. 

Siyahını ən aşağı göstəricilərlə Qvatemala (15.81), Yəmən (15.93) və Filippin (17.70) tamamlayır.

DiasporNews

Check Also

Mariya Suvorovskaya: ”Mənim Azərbaycana olan sonsuz məhəbbətim doğmalarıma da keçib”

Mariya Suvorovskaya iş adamı, jurnalist, ictimai xadim, yazıçı kimi tanınır. Məlum olduğu kimi, ötən ilin …

160*600