Home / Hadisə / Ermənistanın Almaniyadakı səfiri “qanuni oğurlar”a himayədarlıq edib – “Der Spiegel”

Ermənistanın Almaniyadakı səfiri “qanuni oğurlar”a himayədarlıq edib – “Der Spiegel”

Almaniyadakı erməni mafiyasının törətdiyi cinayət əməllərində Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın adı hallanır. Almaniyanın “Der Spiegel” dərgisi və “MDR” televiziyasının birgə apardığı araşdırma zamanı üzə çıxıb.

Araşdırmada qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurları Almaniyada “qanuni oğruların” başçılıq etdiyi erməni mafiyasına himayədarlıq edib. Qeyd olunub ki, erməni mafiyasının əməlləri bu ölkədəki erməni diasporunun nüfuzuna də mənfi təsir göstərib, eyni zamanda məhkəmə işinin başlamasına və rəsmi Berlinlə Yerevan arasında diplomatik gərginliyə səbəb olub.

Bildirilib ki, yerli polis etibar etmədiyindən erməni diasporu ilə əməkdaşlığı məsləhət görməyib. Bu etimadsızlığa səbəb Ermənistanın dövlət qurumlarında və diplomatik strukturlarında işləyən şəxslərin “qanuni oğurlar”la sıx əməkdaşlıq etməsi göstərilib. Almaniya Federal Kəşfiyyatı səfir Aşot Smbatyanı qaçamalçılıq və 2008-ci ildə qanunsuz miqrasiyanın təşkilində şübhəli bilir. Həmin dövrdə o, səfir olmasa da, Ermənistanın Almaniyadakı səfirliyində işləyirmiş. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan 2015-ci ildə Aşot Smbatyanı ölkəsinin Almaniyadakı səfiri təyin edib.

Səfirin aqibəti ilə bağlı Almaniya mətbuatında fikir ayrılığı var. Onların fikirincə, Ermənistan hakimiyyəti A.Smbatyanı dəstəkləyir. Ancaq bu ölkədəki dəyişikliklər onun da mövqeyini laxlada bilər.

Rusiya KİV-ləri yazıb ki, Almaniyadakı mütəşəkkil erməni cinayətkarları bayker dəstələri və İtaliyanın Kalabriy əyalətinin cinayətkar “Ndrangeyt” qrupu ilə birlikdə fəaliyyət göstərib. (Report)

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …