Home / Lobbi fəaliyyəti / Estoniyada professional satış meneceri kimi məşhurlaşan azərbaycanlı -Rüfət Kərimli

Estoniyada professional satış meneceri kimi məşhurlaşan azərbaycanlı -Rüfət Kərimli

DiasporNews.az  saytının  “Dünyadakı Azərbaycanlılar”  layihəsinin növbəti qonağı Estoniyada profisional satış meneceri kimi məşhurlaşan azərbaycanlı Rüfət Kərimlidir.Qeyd edək ki , layihənin məqsədi dünyanın müxtəlif ölkələrində  yaşayan aktiv  azərbaycanlıları önə cıxartmaqdır.

Uzun müddət  professional olaraq idmanla məşğul olan Rüfət Kərimli  altı yaşından  Estoniya milli komandasında döyüşür . Üç il ardıcıl olaraq çempion olan həmyerlimiz  Karate-do üzrə Dünya  Kubokunu qazanıb. Hal-hazırda  Estoniyanın paytaxtı Tallində Karate-do üzrə tələbələrə dərs deyir.Və bildirir ki , bu onun gəlir mənbəyi deyil sadəcə   hobbisi Karate-do üzrə  tələbələrə pulsuz dərs deməkdir.

 

2012-ci ildə Estoniya Dənizçilik  Akademiyasının Port İdarəçiliyi fakultəsini bitirən Rüfət Kərimli özünü bu sahədə perespektivli görmədiyi üçün  Dəniz logistikası sahəsində tez bir zamanda ayrılır.

 

Bir müddət işsiz qalan soydaşımız  Estoniyada Tarmo Tamm adlı bir şəxs ilə  taniş olur.‘’Sellit’’ satış agentliyinin təsisçisi və Estoniyada bestseller  ‘’Satiş üzrə qara kəmər’’ kitabının müəllifi olan bu adam Rüfətin satış sahəsi üzrə ilk addımlarını atmağa səbəb olur .

Həmyerlimiz haqqında məlumatların qalan hissəsini isə  öz dilindən eşidək .

“Üç ildir ki,  ticarət mərkəzlərində internet operatoru xidmətlərinin satişı ilə meşğul oldum. Bu iş hər zaman fədakarlıq tələb edir. Bu işlə məşğul olandan  dayanmıram ,inkişafım və məqsədlərim ilə irəliyə gedirəm. Hazırda, dünyada istifadə edə biləcəyimiz qədər çox melumat var və bunu istifadə etmək lazımdır. Birinci üç ay fəaliyyətimdə maksimum dərəcədə irəliyə getdim və bu rekordumu bir neçə aylar heç kim deyişə bilmədi.

 

2015-ci ildən etibarən özünü inkişaf, özünü göstərməyə  və motivasiya ilə bağlı müxtəlif təlimlər, tədbirlər keçirmişəm. 2017-ci ildən satış təlimlərini aparıram. Eyni zamanda, Bakı şəhərində bir neçə dəfə təlimlər keçirmişəm.

 

2018-ci ildə bizneslə məşğul olmaq qərarına gəldim. Satiş üzrə məlum şirkətdə  müvəqqəti olaraq direktor vezifesinde işlədim. Bu işimdə də rekoda imza atdım. Hal hazırda satiş direktoru kimi  başqa bir  şirkətdə xidmət göstərirəm və orda da işlərimin nəticələri çox yüksək səviyyədədir.

 

Bu yaxınlarda , öz  soyadımı dəyişdim .Əvvələr Rüfət Kərimov idi , indi isə Rüfət Kərimli adı ilə tanınıram Estoniyada .İstəyim odur ki , qoy hər kəs mənim kim və hansı millətdən olduğumu bilsinlər. Sözün əsl mənasında mən həqiqətən  fəxr edirəm ki, mən Azərbaycanlıyam.

Hal-hazırda isə öz şirkətimin və brendimin inkişafı ilə məşğulam .Həmyerlilərimlə əməkdaşlıq etməyə mən hər zaman hazıram və kimin bu sahədə  məsləhətə ehtiyacı varsa, menimlə sosial şəbəkədə yaxud email vasitəsi ilə əlagə saxlaya bilərlər

Rufat Kerimli -TBEseminar  şirkətinin Təsisçisi və baş koordinatoru.

[email protected]

Nail Əhməd 
DiasporNews.az

Check Also

Mariya Suvorovskaya: ”Mənim Azərbaycana olan sonsuz məhəbbətim doğmalarıma da keçib”

Mariya Suvorovskaya iş adamı, jurnalist, ictimai xadim, yazıçı kimi tanınır. Məlum olduğu kimi, ötən ilin …

160*600