Home / Diaspor / Estoniyadakı səfirliyimiz Tallində keçirilən xeyriyyə bazarında

Estoniyadakı səfirliyimiz Tallində keçirilən xeyriyyə bazarında

Tallindəki “Radisson BLU Sky” mehmanxanasında Tallin Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə ənənəvi Milad Xeyriyyə Bazarı keçirilib. Estoniyada akkreditə olunmuş səfirliklərin də iştirak etdiyi yarmarkada bu dəfə Azərbaycan da daxil olmaqla 24 ölkənin stendi nümayiş etdirilib.

Xeyriyyə yarmarkasındakı Azərbaycan stendində Estoniya ictimaiyyəti mətbəximiz və yerli məhsullarımız ilə tanış olublar. Onlara milli xörəklər, çay, şirələr, mürəbbələr, habelə müxtəlif milli suvenirlər, əl işləri, dekorativ-tətbiqi sənət nümunələri təqdim edilib.

Azərbaycan məhsulları Milad Xeyriyyə Bazarına baş çəkən çoxsaylı mətbuat və biznes dairələrinin nümayəndələrinin, Estoniyanın parlament və hökumət üzvlərinin də böyük marağına səbəb olub. Tədbirə Azərbaycan diasporunun nümayəndələri, Estoniyada təhsil alan azərbaycanlı tələbələr də qatılıblar.

Milad bazarından əldə edilən bütün vəsaitlər Tallin Beynəlxalq Qadınlar Klubu tərəfindən ehtiyacı olan uşaqlar üçün xeyriyyə fondunun hesabına köçürülüb.

DiasporNews

Check Also

Növbəti “Diaspor dərsi” 72 saylı orta məktəbdə keçiriləcək

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan …

160*600