Home / Diaspor / Fransa XİN: Alfortvil bələdiyyəsi ilə Qarabağdakı separatçılar arasındakı “xartiya” hüquqi deyil

Fransa XİN: Alfortvil bələdiyyəsi ilə Qarabağdakı separatçılar arasındakı “xartiya” hüquqi deyil

Fransanın Alfortvil (Alfortville) şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında imzalanan “dostluq xartiyası” Fransa dövləti üçün heç bir hüquqi qüvvəyə malik deyil.

DiasporNews xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır, Fransa nə “Dağlıq Qarabağ respublikası”nı, nə də Fransa şəhəri Alfortville ilə imzalanan Dostluq Xartiyasını tanımır”, – XİN-dən əlavə olunub.

Xatırladaq ki, bu il sentyabrın 25-də ermənilərin çoxluq təşkil etdikləri Alfortvil (Alfortville) ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında “dostluq xartiyası” imzalanıb.

DiasporNews

 

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600