Home / Diaspor / Fransada azərbaycanlı partizanların xatirəsi anılıb

Fransada azərbaycanlı partizanların xatirəsi anılıb

Fransa Müqavimət Hərəkatında və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsi anılıb.

Anım mərasimində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, səfirliyimizin 1-ci katibi Tural Rəsulov, Montoban və Vassiyak şəhərlərinin merləri və meriyalarının nümayəndələri, Kabertat Partizan Hərəkatı Dostları Assosiasiyasının üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsinə ucaldılmış abidə önündə azərbaycanlı əsgərlərin şücaəti hörmətlə xatırlanıb.

Azərbaycan səfiri İkinci Dünya müharibəsi zamanı azərbaycanlıların faşizm üzərində qələbəyə böyük töhfə verdiyini xatırladıb. 600 mindən artıq həmvətənlimizin müharibədə iştirak etdiyini və onların yarısının canlarından keçərək həlak olduğunu qeyd edib. Azərbaycanlıların Avropadakı Müqavimət Hərəkatının bir çox üzvləri ilə çiyin-çiyinə vuruşmasından danışıb.

Azərbaycan səfirliyi, Montoban və Vassiyak meriyaları adından Əhmədiyyə Cəbrayılovun və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyulub.

Azərbaycan və Fransanın himnləri səsləndirilib, bayraqlar endirilib.

Tədbir iştirakçıları Fransanın azadlığı uğrunda rəşadətlə vuruşmuş azərbaycanlı əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgər Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin “Müharibə Xaçı”, “Hərbi Şücaət Xaçı” və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600