Home / Diaspor / Diaspor Komitəsinin sədri İsveçrədədir

Diaspor Komitəsinin sədri İsveçrədədir

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrəyə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Komitədən DiasporNews-a verilən məlumata görə, səfərin ilk günü Komitə sədri Azərbaycanın İsveçrədəki səfirliyində olub, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra o, xarici ölkələrdə yaşayan İsveçrəlilərin problemlərinin öyrənilməsi və həlli istiqamətində fəaliyyət göstərən “Swiss Abroad” təşkilatının direktoru Sara Mastantuni və “Soliswiss” təşkilatının icraçı direktoru Riçard Föqeli ilə görüşüb. Görüşdə həmçinin Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycanda diaspora siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən olduğu bildirilib. Görüşlərdə həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600