Home / Diaspor / Fuad Muradovun ABŞ-a səfəri davam edir

Fuad Muradovun ABŞ-a səfəri davam edir

ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Amerika Sefardlar Federasiyasının İdarə Heyətinin prezidenti David Dangoor ilə görüşüb. Komitədən DiasporNews-a bildiriblər ki, görüşdə David Dangoor rəhbərlik etdiyi Federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və perspektivlər barədə məlumat verib. Eyni zamanda, Federasiya üzvləri Azərbaycanın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər təəssüratlarını da nümayəndə heyəti ilə bölüşüblər.

Azərbaycan və onun diasporu haqqında məlumat verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov gələcək perspektivlər barədə fikirlərini bildirib. Qarşılıqlı səmimi şəraitdə keçən görüşdə gələcək əməkdaşlıq istiqamətləri, Azərbaycanda və ABŞ-da ortaq layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Daha sonra nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və soydaşlarımızın təşkilatçılığı ilə keçirilən “Florida Keys” Gənc istedadlar üçün beynəlxalq musiqi müsabiqəsinin qala konsertinə qatılıblar. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və BMT yanında daimi nümayəndə Yaşar Əliyev də konsertdə iştirak edib.

Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov belə müsabiqələrin mədəni irsimizin təbliği baxımından əhəmiyyətini vurğulayıb. Dünya xalqlarının mədəni inteqrasiyası, mədəni dəyərləri bölüşməsi baxımından belə tədbirlərin zəruri olduğu bildirilib. Konsertdə müxtəlif millətləri təmsil edən uşaqların, o cümlədən azərbaycanlı balacaların da ifaları səslənib.

DiasporNews

Check Also

Vaşinqtonda Parlamentin 100 illiyi qeyd edilib – FOTOLAR

ABŞ-ın paytaxtında məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-ci ildönümü ilə əlaqədar ziyafət təşkil …