Home / Diaspor / Fuad Muradov Avropadakı azərbaycanlılarla görüşəcək

Fuad Muradov Avropadakı azərbaycanlılarla görüşəcək

Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Fuad Muradov sabah, iyulun 10-da Avropa ölkələrinə ilk rəsmi səfərə yola düşür. 

Bu barədə DiasporNews-a Dövlət Komitəsindən məlumat verilib.  Komitə sədri 4 ölkədə – Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatları ilə görüşəcək.

Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də daxildir.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600