Home / Hadisə / Gürcüstanda azərbaycanlı icra başçısı saxlanılıb

Gürcüstanda azərbaycanlı icra başçısı saxlanılıb

Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılıb.

Prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və “Facebook” sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.

Gürcüstanın Birinci kanalı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazovun  saxlanıldığı barədə xəbər yayıb. Ölkənin Baş Prokurorluğu məsələ ilə bağlı hələ şərh verməyib. T. Abazovun hələ işə çıxmadığı və mobil telefonunun bağlı olduğu bildirilir.

Qeyd edək ki, iyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs “Facebook” üzərindən canlı yayım edərək T. Abazov və “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.

Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub. T.Abazov öz növbəsində video-görüntülərdən xəbəri olmadığını bildirib.(APA)

DiasporNews 

Check Also

“Mühafizə Qaydalarının Təlimi Kursu” keçiriləcək

Ofislərdə, bağçalarda, tikintidə, istehsalat müəssisələrində və s. iş yerlərində baş verən qəzalarda hər il yüzlərlə …

160*600