Home / Diaspor / Həmrəylik Günü Varşavada qeyd olunub

Həmrəylik Günü Varşavada qeyd olunub

Azərbaycanın Polşadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan diasporunun üzvləri, tələbələr, habelə səfirliyin əməkdaşları iştirak ediblər.

Səfirliyin müşaviri Mehriban Səmədova Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımızı təbrik edib, günün əhəmiyyətindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, onun təşəbbüsü ilə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsindən söz açıb.

Bildirilib ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı arasında birlik və həmrəylik yaratmaqda mühüm rol oynayır.

DiasporNews

Check Also

“Mehriban Əliyevanın Rusiya Prezidenti tərəfindən təltif edilməsi dövlətlərimiz arasında dialoqun çox isti və səmimi olduğunu göstərir”

Xəbər verdimiz  kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …

160*600