Home / Diaspor / İlham Əliyev Putinlə cüdo yarışlarına baxıb – FOTOLAR

İlham Əliyev Putinlə cüdo yarışlarına baxıb – FOTOLAR

Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilib. DiasporNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxıblar.
Mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası oldu. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalar Azərbaycan komandasının 5:1 hesablı üstünlüyü ilə başa çatdı. Dörddəbir finalda Yaponiya komandasına 2:4 hesabı ilə məğlub olan millimiz təsəlliverici görüşlərə qatıldı. Bu mərhələdə Niderland komandasına 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi bürünc medallar uğrunda həlledici görüşə vəsiqə qazandı.

Millinin heyətində 5 qadın və 6 kişi cüdoçu – Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi-57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi-70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi-73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi-90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıb.

Dörddəbir finalda Almaniya millisi ilə qarşılaşan Rusiya komandası rəqibini məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Bu mərhələdə Fransa idmançılarına məğlub olan Rusiya cüdoçuları üçüncü yerlə kifayətləniblər. Yarışlardan sonra Prezident İlham ƏliyevAzərbaycan idmançıları ilə görüşdü.









DiasporNews

Check Also

Azərbaycanda ekspert oğlunun adını Neymar qoydu

Azərbaycanda yeni doğulan körpəyə braziliyalı ulduz futbolçunun adı qoyulub.Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Facebook” hesabında …

160*600