Home / Diaspor / İlham Əliyev Tramp görüşü razılaşdırılıb

İlham Əliyev Tramp görüşü razılaşdırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü demək olar ki, razılaşdırılıb. DiasporNews xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan deyib. Onun sözlərinə görə, hazırda prezident İlham Əliyevin Vaşinqtona səfəri üzərində hazırlıq işləri aparılır:

“Azərbaycanda mümkün qədər tez zamanda prezident İlham Əliyevin Vaşinqtona səfərini hazırlayırlar. Görünən odur ki, Tramp-Əliyev görüşü artıq təsdiqlənib. Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi imzalamaq istəyir”- politoloq bildirib.

Qeyd edək ki, ABŞ prezidentinin məsləhətçisi, Vaşinqtonun ən nüfuzlu şəxslərindən biri, Con Boltonun Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistana səfəri barədə ilk məlumatı Suren Sarkisyan açıqlamışdı.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600