Home / Diaspor / İstanbuldakı diaspor rəhbərlərinin toplantısı keçirilib

İstanbuldakı diaspor rəhbərlərinin toplantısı keçirilib

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin toplantısı keçirilib. Gənc Azərbaycanlılar Dərnəyinin təşəbbüsü ilə baş tutan görüşdə birgə layihələrin həyata keçirilməsi, Azərbaycan üçün önəmli günlərlə bağlı tədbirlərin təşkilində koordinasiyalı fəaliyyət və təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. 

Toplantıda Azərbaycanın İstanbuldakı Baş konsulluğunun nümayəndələri Xəyyam Daşdəmirov, Ramiz Hacızadə, Azərbaycan Kültür Evinin rəhbəri Hikmət Elp, İstanbul Türkiyə Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Səfər Qaraqoyunlu, “Can Azərbaycan” qəzetinin təsisçisi Namiq Kamal, “Zəhra Ana” vəqfinin nümayəndəsi Sərdar Koca, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin sədri Aygün Həsənoğlu, İstanbul Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Xuraman Hülya Ağasoy, Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin Baş katibi Aygün Əliyeva, Eskişehir Azərbaycanlılar Dərnəyi təmsilçisi Orxan Türksoy, İstanbul Universiteti Kültür Topluluğunun rəhbəri Rəşid Mustafazadə, “Rəmz” jurnalından Rəşid Rza, İstanbulda təhsil alan azərbaycanlı tələbələr, həmçinin Gənc Azərbaycanlılar Dərnəyinin İdarə Heyətinin üzvləri iştirak edib.

İştirakçılar növbəti ildönümü yaxınlaşan Xocalı soyqırımının Türkiyə ictimaiyyətinə birlikdə və daha effektiv təqdimatda çatdırılması ilə bağlı fikir mübadiləsi aparıb. Bununla bağlı irəli sürülən təklif və lahiyələrin vaxt məhdudiyyəti ilə əlaqədar növbəti ildə gerçəkləşdirilməsi planlaşdırılıb. Bu il isə Xocalı soyqırımı günündə İstanbuldakı Azərbaycan Baş konsulluğunun təşkil etdiyi yürüşə birlikdə qatılmaq qərara alınıb. Müzakirələrdən sonra belə toplantıların vacibliyi vurğulanıb və mütəmadi olaraq keçirilməsi barədə təkliflər səsləndirilib.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600