Home / Lobbi fəaliyyəti / İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı olub

İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı olub

“Azərbaycanın dostları” Diaspor Təşkilatı İsveçrənin Ştayn şəhərində “Birlikdə bayram edək” şüarı altında təşkil olunan multikultural festival çərçivəsində Azərbaycan mədəniyyətinin təqdimatını keçirib. Təqdimat Diasporla İş üzrə Dövlət Komitəsi və İsveçrədəki səfirliyimizin dəstəyi ilə reallaşıb.

Tədbir zamanı Azərbaycanın Əməkdar artisti, tanınmış xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun milli rəqslərimizdən ibarət çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. 400-dən çox qonağın qatıldığı tədbirdə müxtəlif növ milli kulinariya nümunələrimizin təqdim olunduğu Azərbaycan stendinə iştirakçılar tərəfindən böyük maraq göstərilib.

Qeyd edək ki, İsveçrədə “Birlikdə bayram edək” şüarı altında ənənəvi olaraq təşkil olunan festival bu ölkədə ən tanınmış multikultural tədbirlərdəndir.

DiasporNews

Check Also

Şirinov qardaşları Dövlət Komitəsində olublar

Ukraynanın Nikolayev şəhərinin Zayçevskoye kəndi yaxınlığında yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Umud və …

160*600