Home / Diaspor / Kaliforniyada Həmrəylik Günü qeyd edilib – FOTOLAR

Kaliforniyada Həmrəylik Günü qeyd edilib – FOTOLAR

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association – CAFA) yaradılmasının bir illiyi ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və CAFA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri, yerli seçkili orqanların nümayəndələri, mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan DiasporNews-a verilən məlumata görə, Tədbiri giriş sözü ilə açan CAFA-nın icraçı direktoru Kimiya Məmmədova hər kəsi bu gözəl gün münasibətilə təşkil edilmiş tədbirdə görməkdən məmnunluğunu ifadə edib. O, icma adından Azərbaycan xalqını və dünyada yaşayan 50 milyon azərbaycanlını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

CAFA-nın bir illiyini də qeyd etdiklərini deyən K.Məmmədova ötən bir il ərzində təşkilatın uğurlu fəaliyyətinə toxunaraq, növbəti ildə Azərbaycan icmasını gücləndirmək və Azərbaycan ilə Kaliforniya arasında ən müxtəlif sahələrdə əlaqələri daha da möhkəmləndirmək istiqamətində işləri davam etdirəcəklərini bildirib.

Azərbaycan Los Ancelesdəki Baş Konsulluğunun konsulu Orxan Rüstəmli çıxış edərək, bütün soydaşlarımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və CAFA-ya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən San Dieqo-Bakı Dostluq Assosiasiyasının içraçı direktoru Martin Kruminq və Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez də öz növbələrində xalqımızı bu gözəl bayram münasibətilə təbrik ediblər. Tədbirdə həmçinin San Dieqo şəhərində və vilayətində 31 dekabrın “Azərbaycanlıların Həmrəylik Günü” elan olunmasına dair müvafiq bəyannamələr təqdim olunub.

Tədbir Azərbaycan musiqisindən nümunələr və Azərbaycan icmasının üzvü Ləman Musayevanın ifasında Azərbaycan rəqsləri ilə davam edib. Qonaqlar həmçinin San Dieqonun tanınmış azərbaycanlı kulinar-aşpazı Leyla Bayramovanın hazırladığı Azərbaycan mətbəxinin ən müxtəlif ləziz təamları ilə tanış olublar.










DiasporNews

Check Also

RAİ-dən kosmopolitlərə çağırış – “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”

“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq …

160*600