Home / Diaspor / Kliçko azərbaycanlı səfirə təşəkkür etdi

Kliçko azərbaycanlı səfirə təşəkkür etdi

Azərbaycan şirkətləri Kiyev şəhərində yol, infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər. Bu fikri Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko Yeni il münasibətilə xarici ölkələrin Ukraynadakı diplomatik korpus rəhbərləri üçün təşkil etdiyi rəsmi qəbulda çıxışı zamanı söyləyib.

V.Kliçko bildirib ki, hər bir paytaxt ölkənin simasıdır. Azərbaycan şirkətləri Ukraynanın ürəyi hesab edilən Kiyevin gözəlləşməsi üçün keyfiyyətli işlər həyata keçirirlər. Buna görə V.Kliçko tədbirdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə öz təşəkkürünü bildirib. Bildirilib ki, Almaniya, Belarus və İsveç şirkətləri də Kiyevdə həyata keçirilən iri layihələrdə yaxından iştirak edirlər.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600