Home / Manşet / Azərbaycan rəsmi araşdırmalara başladı – Diasporada təxribatla bağlı

Azərbaycan rəsmi araşdırmalara başladı – Diasporada təxribatla bağlı

Avropada azərbaycanlı diasporun bəzi nümayəndələri arasında son günlər baş verən təxribatın, bu səpkida bəzi internet rersurslarda yazılan qarşıqlıqlı ittihamların araşdırılması ilə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ölkənin müvafiq qurumlarına müraciət edib, baş verən hadisə nəzarətə götürülüb. 

Bunu “Report”un sorğusuna cavab olaraq Komitənin mətbuat xidmətindən bildiriblər.

Komitədən bildirilib ki, hadisə ilə bağlı müvafiq dövlət qurumları ilə birgə araşdırmaya başlanılıb, nəticəsindən asılı olaraq məsuliyyət daşıyanlar istər Azərbaycanın, istərsə də yaşadığı ölkənin qanunları qarşısında müvafiq sorğu əsasında cavab verəcək: “Azərbaycanın diaspor nümayəndələrinə qarşı bəzi internet resurslarda baş verən təhqir, şəxsiyyət əleyhinə, milli dəyərlər və azərbaycanlıların birgə fəaliyyəti əleyhinə fikirlərdən ibarət yayılan materiallar birbaşa birləşdirici missiyaya qarşı ciddi təxribatdır.

Son vaxtlar dünyadakı diaspor nümayəndələri arasında körpülərin yaradılması cəhdlərinə qarşı maneələr də bunun tərkib hissəsidir. Bütün bu çirkin əməllər araşdırılacaq və gələcəkdə də baş verməməsi üçün müvafiq addımlar atılacaq. Azərbaycan qüdrətli, dünya ölkələri arasında ciddi söz sahibi olan dövlətdir. Dünyadakı bütün vətənpərvər azərbaycanlılar öz tarixi vətənlərində qüdrətli Azərbaycana arxalana bilərlər” – deyə, komitənin məlumatında bildirilir.

Qeyd edək ki, son vaxtlar bəzi diaspor rəhbərlərinə, onların ailələrinə qarşı naməlum mənbələrdən təhqir, hədə və aşağılayıcı məlumatlar yayılıb.

DiasporNews

Check Also

Mariya Suvorovskaya: ”Mənim Azərbaycana olan sonsuz məhəbbətim doğmalarıma da keçib”

Mariya Suvorovskaya iş adamı, jurnalist, ictimai xadim, yazıçı kimi tanınır. Məlum olduğu kimi, ötən ilin …

160*600