Home / Diaspor / Komitə sədrinin Avropa görüşləri davam edir

Komitə sədrinin Avropa görüşləri davam edir

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropada müxtəlif görüşlər keçirir. Səfər çərçivəsində nümayəndə heyəti Haaqa şəhərində Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub və faciə qurbanlarının xatirəsini anıb.

Komitədən DiasporNews-a bildirilib ki, sonra Beynəlxalq Miqrasiya Təşkilatının Hollandiya nümayəndəliyinin rəhbəri Antonio Polosa ilə görüş keçirilib.

Miqrasiya və diaspor məsələlərinin müzakirə edildiyi görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri Fuad Muradov müasir dövrdə miqrasiya proseslərinin qaçılmaz olduğunu və diaspor hərəkatının əsas tərkibində miqrantların xüsusi yer tutduğunu bildirib. Eyni zamanda, qeyd edib ki, miqrantların dəqiq bir statistikasının olması da vacibdir.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi isə, öz növbəsində, miqrasiyanın ciddi bir proses olduğunu, miqrantların həyatı, sayının müəyyən edilməsi və s. istiqamətlərdə əməkdaşlığın zəruriliyini qeyd edib. Bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələlərlə bağlı əməkdaşlığa hazırdır.

Sonda Təşkilatın Hollandiya nümayəndəliyinə xatirə hədiyyələri təqdim edilib.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …