İtaliyanın yeni hökuməti “Trans-Adriatik” (TAP) boru kəmərinin tikintisinə razılıb verib. DiasporNews xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Cuzeppe Konte qərar qəbul edib. Onun sözlərinə görə, TAP-ın tikintisinə mane olmaq İtaliyaya on milyardlarla avroya başa gələ bilər.
“Əvvəlki hökumət tərəfindən planlaşdırılan və özündə müqavilə öhdəlikləri daşıyan layihəyə qarışmaq daha mümkün deyil”, – deyə Konte vurğulayıb.
Qeyd edək ki, TAP Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti layihəsidir.