Home / Diaspor / Məmmədyarov “EKSPO-25” üçün Bakının namizədliyini dəstəkləməyə çağırdı

Məmmədyarov “EKSPO-25” üçün Bakının namizədliyini dəstəkləməyə çağırdı

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qalibi müəyyən edəcək ölkələri “EKSPO-2025” beynəlxalq sərgisi keçirtmək üçün Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb. DiasporNews xəbər verir ki, XİN rəhbəri bu çağırışı BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı edib.

E.Məmmədyarov Baş Assambleyanın tribunasından Azərbaycanın iqtisadiyyatın inkişafındakı uğurlarından və onun çoxsaylı regional layihələrdə – nəqliyyat dəhlizlərinin, infrastruktur obyektlərinin tikintisi və yüksək texnologiyalı kommunikasiya magistrallarının yaradılmasındakı iştirakından danışıb.

O bildirib ki, davamlı iqtisadi artım Azərbaycana inkişaf etməkdə olan ölkələrə, eləcə də təbii fəlakətlərdən əziyyət çəkən dövlətlərə kömək etməyə imkan verir. Onun sözlərinə görə, Azərbaycan korrupsiyaya qarşı mübarizə aparır və BMT-nin insan hüquqları mexanizmləri ilə fəal əməkdaşlıq edir.

XİN rəhbəri Bakının “EKSPO-2025” beynəlxalq sərgisini keçirməyə iddia etdiyini bildirib və noyabrda qalibi müəyyən edəcək ölkələri Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb.

“Şərqi Avropa, Qafqaz və Xəzər ölkəsi ölkələri heç vaxt özündə EKSPO-nu qəbul etməyib”, – deyə Məmmədyarov bildirib və Bakının seçilməsinin sərgilərin keçirilməsi coğrafiyasının genişlənməsinə imkan verəcəyini diqqətə çatdırıb.

Nazirin sözlərinə görə, Azərbaycan “tanınmış multikulturalizm mərkəzlərindən biri” kimi mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə yönəldilmiş çoxsaylı beynəlxalq tədbirlər həyata keçirib. “Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniyada yaşayır”, – o vurğulayıb.

DiasporNews 

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600