Home / Diaspor / Məmmədyarov Fransa səfirinə iradlarını bildirib

Məmmədyarov Fransa səfirinə iradlarını bildirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın şəhər meri və bələdiyyə üzvlərinin işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmələrinə münasibət bildirib.
DiasporNews xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən nazir Fransanın Dağlıq Qarabağı ayrı dövlət kimi tanımadığını diqqətə çatdırıb.
XİN rəhbəri hazırda Bakıda keçirilən VI Humanitar Forumda Fransanın səfiri ilə görüşdüyünü deyib: “Ona sual verdim ki, əgər kimsə mövcud tapşırıqlardan imtina edirsə, Fransa hökuməti öz tərəfindən tədbir görsün. Səfir dedi ki, bu məsələni Parisə göndərəcək və lazımi cavabı Azərbaycan tərəfinə qaytaracaqlar”.
DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600