Home / Diaspor / Məmmədyarovun erməni nazirlə 3 saatlıq görüşü

Məmmədyarovun erməni nazirlə 3 saatlıq görüşü

Dekabrın 5-də İtaliyanın Milan şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə görüşü olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən DiasporNews-a verilən məlumata görə, üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi razılaşdırılıb.

***
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş başlayıb. 

DiasporNews xəbər verir ki, XİN rəhbələrinin görüşü ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsinə Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə Milan şəhərində keçirilir.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edir.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …