Home / Lobbi fəaliyyəti / Məmmədyarovun erməni nazirlə görüşünün vaxtı açıqlandı

Məmmədyarovun erməni nazirlə görüşünün vaxtı açıqlandı

Azərbaycan XİN Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşlə bağlı açıqlama yayıb.

DiasporNews-un xəbərinə görə, açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşəcək.

Qeyd olunub ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

 

DiasporNews

Check Also

Taleh Mahmudov Rusiya Prezidenti tərəfindən fəxri fərmanla təltif edilib

Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudov …

160*600