Home / Diaspor / Məzarı tapılmayan azərbaycanlı repressiya qurbanlarının siyahısı hazırlanıb

Məzarı tapılmayan azərbaycanlı repressiya qurbanlarının siyahısı hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı tərtib edilib. MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova bildirib ki, 546 nəfərlik siyahı elektron kataloqa daxil edilərək kitabxananın Milli Rəqəmsal Yaddaş Bazasına yerləşdirilib.

O, siyahının açıq saxlanıldığını, gələcəkdə əlavələrin edilməsinin də mümkünlüyünü bildirib. N.Həsənova qeyd edib ki, bolşeviklərin Azərbaycandakı hakimiyyəti dövründə Azərbaycandan 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı və din xadimi Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edilib.

MEK tərəfindən “Xaricdə yaşamış azərbaycanlıların məzarları” adlı kolleksiyanın hazırlandığını deyən N.Həsənovanın sözlərinə görə, həmin kolleksiya üzərində işləyərkən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süqut etdikdən sonra onun yaradılmasında iştirak etmiş insanların çoxunun repressiya qurbanlarına çevrildiyi məlum olub. Repressiya qurbanları sürgün olunduqları yerdə dəfn olunduqlarından, bu yerlər haqqında heç bir məlumat göstərilməyib.

Bölmə rəhbəri əlavə edib ki, hazırladıqları siyahının bir hissəsində AXC dövründə xaricdə təhsil alan şəxslərin adları yer alıb, digər hissə isə tamamlanmayıb.

DiasporNews

Check Also

Kaliforniyada ilk azərbaycanlı diş həkimi – FOTOLAR

Çox şən, gülərüz, mehriban xanımdır. Onlunla söhbət zamanı vaxtın necə keçdiyini hiss etmədim. Amerikaya gələndən …

160*600