Home / Diaspor / Marqvelaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında iştirak edəcək

Marqvelaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında iştirak edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Mərkəzdən DiasporNews-a verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Latviyanın keçmiş prezidenti, mərkəzin üzvü Valdis Zatlersin rəhbərlik etdiyi nümayəndə heyəti Giorgi Marqvelaşviliyə ötən müddət ərzindəki fəaliyyət və gələcək planlar barədə geniş məlumat verib. G.Marqelaşvili mərkəzin ABŞ-ın Nyu-York şəhərində keçirilməsi plnlaşdırılan növbəti ali səviyyəli toplantısında iştirak edəcəyini bildirib. O, toplantıda məruzə ilə çıxış edəcək.

Görüşdə həmçinin mərkəzin həyata keçirdiyi layihələr, təşkil edilmiş forumlarda Cənubi Qafqaz regionunda, eləcə də dünyada sülhün və təhlükəsizliyin qorunmasına xidmət edən ideya və təşəbbüslərin əhəmiyyəti yüksək qiymətləndirilib.

DiasporNews

Check Also

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq …

160*600