Home / Diaspor / Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb

Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb

Ukraynada İkinci Dünya Müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

Bu barədə DiasporNews-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Səfrilik tərəfindən hazırlanan 2 növ poçt markasında Mehdi Hüseynzadənin təsviri yer alıb. Sayı 2000 ədəd olan poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

DiasporNews

Check Also

İçimizdə bir birimizə qarşı hədsiz qısqanclıq var

Niyə isə ermənilərdən çox biz özümüz bir birimizə zərbə vurmağı sevirik. İçimizdə bir birimizə qarşı …

160*600