Home / Diaspor / Meksikada Nizami Gəncəviyə həsr olunan tamaşa keçirilib

Meksikada Nizami Gəncəviyə həsr olunan tamaşa keçirilib

Meksikanın ən nüfuzlu və Latın Amerikasının ən böyük Universiteti olan, məşhur Meksika Milli Avtonom Universitetinin (Universidad Nacional Autonoma de Mexico – UNAM) Akatlan Yüksək Beynəlxalq Münasibətlər fakültəsi binasında UNAM Universiteti ilə Meksikadakı Səfirliyimizin təşkilatçılığı ilə dünya şöhrətli Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Meksikalılardan ibarət yerli “Nur Ər Riyad Rəqs Qrupu” tərəfindən Nizami Gəncəvinin ölməz “Yeddi Gözəl” poemasının motivləri əsasında hazırlanmış “İpək Yolu” rəqs tamaşasını çoxsaylı qonaqlara nümayiş edilib. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinini mətbuat xidmətindən DiasporNews -a verilən xəbərə görə, tamaşa zamanı “Yeddi Gözəl” poemasından parçalar oxunub, orada adı çəkilən məmləkət və dövrün rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən ölkəmizin Meksikada müvəqqəti işlər vəkili Məmməd Talıbov Azərbaycan mədəniyyətinin meksikalılara təqdim olunması üçün bu imkanın yaradılmasına görə UNAM Universitetinə təşəkkürünü bildirib. O, Azərbaycan ədəbiyyatının xalqımız üçün unikal xəzinə olduğunu qeyd edərək Nizami Gəncəvinin şübhəsiz ki, onun ən parlaq nümayəndələrindən olduğunu, onun yaradıcılığının dünya ədəbiyyatında dərin iz qoyduğunu vurğulayıb. Nümayəndəmiz Nizami Gəncəvinin həyatı və yaradıcılığı ilə tədbir qonaqlarını tanış edib, onun poemalarında zamanını qabaqlayan fəlsəfənin yer aldığını diqqətə çatdırıb.

Diplomat ölkə rəhbərliyinin təşəbbüsü ilə Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə uğurlu addımların atıldığını bildirdi. Bu kontekstdə o, məşhur şairin anadan olmasından 870-ci il dönümünün qeyd edilməsi çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasına da toxundu, Mərkəzin müxtəlif hökumətlər, hökumətlərarası təşkilatlar və ictimai təşkilatlarla müxtəlif mövzularda sıx əməkdaşlıq etməkdə olduğunu onun fəaliyyətinin müxtəlif ölkələri əhatə etdiyini bildirdi.

Sonra Azərbaycan təmsilçisi tamaşanın əsas motivi olan “Yeddi Gözəl” poemasından söz açdı. Nizami Gəncəvinin poemalarının təsiri ilə Uilyam Şekspir və məşhur bəstəkar Cakomo Puçini kimi dahilərin yaradıcılığında da rastlaşdığını dedi. Tamaşa böyük maraq və gurultulu alqışlarla qarşılandı. Tədbirin sonunda fakültə rəhbərliyi Azərbaycan tərəfinə təşəkkürünü bildirdi, Səfirliyimizin müvəqqəti işlər vəkilindən Universitetin KİV-ləri ölkəmiz haqqında müsahibə aldılar.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600