Home / Diaspor / “Milli azlıqların festivalı”nda Azərbaycan da təmsil olunub

“Milli azlıqların festivalı”nda Azərbaycan da təmsil olunub

Litvanın Klaypeda şəhərində keçirilən “Milli azlıqların festivalı”nda Azərbaycan da təmsil olunub. 2018-ci ilin əvvəlindən Klaypeda şəhər bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilən “Litva, Latviya, Estoniya: yüzillik multikulturalizmlə bağlı tədbirlər” layihəsi Baltikyanı ölkələri əhatə edir.

Layihə çərçivəsində Klaypeda şəhərinin konsert zalında baş tutan növbəti konsertdə Baltikyanı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, o cümlədən “Azəris” cəmiyyətinin sədri Əliağa Məmmədov, “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev iştirak edib. Tədbirdə azərbaycanlı uşaqların ifasında təqdim edilən milli rəqslərimiz iştirakçılar tərəfindən maraqla qarşılanıb.

DiasporNews

Check Also

“Mehriban Əliyevanın Rusiya Prezidenti tərəfindən təltif edilməsi dövlətlərimiz arasında dialoqun çox isti və səmimi olduğunu göstərir”

Xəbər verdimiz  kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban …

160*600