Home / Manşet / Moskvada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

Moskvada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

“Dünya Azərbaycanlıları İttifaqının” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun” Prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə Moskvada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. 

Diaspornews.az-a “Dünya Azərbaycanlıları İttifaqının”dan daxil olan xəbərə görə, tədbiri “DAİ”-nın vitse-prezident Ceyhun Əliyev açıb. “DAİ” və “DAMF” təşkilatların fəaliyyəti haqqında məlumat verib, dünya Azərbaycan diasporlarının bir təşkilat altında birləştirmə istəyini bildirib.

Moskvada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib-FOTOLAR

Moskva azərbaycanlılarının yerli milli-mədəni koordinasiya şurasının sədri və Rusiyanın Dövlət Duması deputatının köməkçisi olan Əli Kazımov təşkilatın fəaliyyətindən bəhs edib və Füzuli Məmmədovun Azərbaycan diasporlarını bir təşkilatla birləşdirmək fikrini dəstəkləyib.

Moskvada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib-FOTOLAR

Tərkibinfə Azərbaycan diasporunun 22 ictimai təşkilatı olan “Birlik” regional Azərbaycanlılar Konqresi Assosiasiyası hüquq və qanuni mənafelərinin qorunması cəmiyyətinin sədri Mirkyazım Seyidov rəhbərlik etdiyi “Birlik” təşkilatı haqqinda bəhs edib və öz tərəfindən ideyanı dəstəklədiyini bildirib. Lakin memorandumla baglı yekun qərarını 22 ictimai təşkilatların sədrləri arasında müzakirə edildikdən sonra veriləcəyini bəyan edib. Hüquqşünas-ekspert Nizami Bəşirov təşkilatın gələcək hüquqi fəaliyyətini dəstəkləyəcəyini bildirib.

Check Also

Mariya Suvorovskaya: ”Mənim Azərbaycana olan sonsuz məhəbbətim doğmalarıma da keçib”

Mariya Suvorovskaya iş adamı, jurnalist, ictimai xadim, yazıçı kimi tanınır. Məlum olduğu kimi, ötən ilin …

160*600