Home / Diaspor / Müdafiə Nazirliyi Paşinyana: Azərbaycan ordusu heç bir itki verməyib

Müdafiə Nazirliyi Paşinyana: Azərbaycan ordusu heç bir itki verməyib

“Mənim addımım” blokunun sentyabrın 16-da İrəvanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dedikləri yalandır.

Bu barədə DiasporNews-a Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib: ” Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.”

DiasporNews

Check Also

DAP Dünya azərbaycanlılarını Tükriyədə bir araya gətirəcək

Dünya Azərbaycanlıları Platforması (DAP) tərəfindən 25 avqust-1 sentyabr tarixində Türkiyədə “Dünya azərbaycanlılarının türk həmrəyliyi” tədbiri …

160*600