Home / Diaspor / Niderlandda on ildən çox çəkən erməni provokasiyasına son qoyuldu

Niderlandda on ildən çox çəkən erməni provokasiyasına son qoyuldu

Artıq 4 gündür ki, Niderlandın Utrecht şəhərində yerləşən “Jaarbeurs” sərgi salonunda ənənəvi “Vakantiebeurs” Beynəlxalq turizm sərgisi keçirilir. Bu il sərgidə “EuroAzNL” təşkilatının rəhbəri, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev də iştirak edib. Həmyerlilərimiz ermənlərə aid olan stenddə “AdviceTour” şirkətinə məxsus materiallarda Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan ərazisi kimi göstərildiyini və bu ərazilərə turpaketlərin satıldığını müşahidə ediblər.

Emil Əliyev bu məsələyə ciddi etiraz edib və təşkilatçılarla görüşərək sərgidə nümayiş olunan buklet və xəritənin yiğişdırılmasını tələb edib. Əvvəlcə anlaşılmazlığın aradan qaldırılacağı bildirilib, lakin sonra azərbaycanlılar heç bir ciddi addımın atılmadığının şahidi olublar.

Emil Əliyevin təşəbbüsü ilə facebook sosial şəbəkəsində Avropa Azərbaycanlıları/ European Azerbaijanis qrupunda aksiya başladılıb, etiraz məktubları yerləşdirililb və məktublar kütləvi şəkildə sərgi salonunun rəhbərliyinə göndərilib. Sosial şəbəkədə keçirilən aksiyanın iştirakçısı olan azərbaycanlıların tələbi konkret ondan ibarət olub ki, Dağlıq Qarabağ yazılı, Artsax yazılı nə varsa hamısı sərgidən çıxarılsın və divardan asılan xəritə dəyişdirilsin. Sərginin təşkilatçıları azərbaycanlıların tələblərini yerinə yetirəcəklərini bildirsələr də, məlum olub ki, ermənilər yenidən bütün məlumat vasitələrini paylaşırlar.

Soydaşlarımızın davamlı etirazı nəticəsində sərgi təşkilatçıları işi daha ciddi nəzarətə götürüblər və azərbaycanlıların tələbləri tam yerinə yetirilib. Sonda təşkilatçılar bildiriblər ki, gələn ildən etibarən Ermənistan və ya hansısa başqa bir ölkə bu cür təxribata əl atsa sərgiyə buraxılmayacaq. Beləliklə, Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyevin şəxsi təşəbbüsü və eləcə də bir qrup soydaşımızın ciddi səyi nəticəsində daha bir erməni təxribatına son qoyulub.

DiasporNews

Check Also

İçimizdə bir birimizə qarşı hədsiz qısqanclıq var

Niyə isə ermənilərdən çox biz özümüz bir birimizə zərbə vurmağı sevirik. İçimizdə bir birimizə qarşı …

160*600