Home / Diaspor / Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb

Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb

Paris şəhərində uşaqlar Azərbaycan məktəbində yeni tədris ilinə başlayıblar.

Fransadakı Azərbaycan səfirliyinin dəstəyi, Paris Azərbaycan Evinin təşkilatçılığı ilə fəaliyyət göstərən məktəbdə Paris və ətraf ərazilərdə yaşayan 5-12 yaşlı uşaqlar təhsil alırlar.

Şagirdlərə Azərbaycan dili ilə yanaşı, tariximiz, coğrafiyamız, ədəbiyyatımız tədris edilir, zəngin milli irsimiz aşılanır, tarixi qəhrəmanlarımız, şəhidlərimiz, dünya ədəbi irsində öz dəst-xətti olan mütəfəkkirlərimiz haqqında məlumat verilir.

Yeni tədris ilinin birinci günü şagirdlərə dərsliklər paylanılıb, yeni tədris ilinin proqramı açıqlanıb. Ötən illərdəki kimi builki tədris proqramında da milli bayram şənlikləri, Azərbaycan musiqisinə həsr olunmuş proqramlar, teatr səhnəciklərinin təşkili yer alıb.(Report)

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600