Home / Diaspor / Parisdə Azərbaycan muğam triosunun konserti olacaq

Parisdə Azərbaycan muğam triosunun konserti olacaq

Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və Parisin “Theatre de la Ville” teatrının birgə təşkilatçılığı ilə Azərbaycan muğam triosunun konserti olacaq. “Theatre des Abbesses” zalında keçiriləcək konsertdə Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edəcək.

Paris “Theatre de la Ville” teatrı ötən əsrin 90-cı illərindən Azərbaycan muğam ifaçılarını hər il proqramına daxil edir. Alim Qasımov, Nəzakət Teymurova, Arzu Əliyeva, Ehtiram Hüseynov kimi muğam ifaçılarımızın adları Fransa musiqisevərlərin yaddaşında əbədi həkk olunub.

Teatrın internet səhifəsində Azərbaycan muğam ifaçıları, eləcə də muğamımızın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən yazılıb. Yeni nəsil muğam ifaçıları formalaşdığı bildirilib. “Theatre de la Ville” ABŞ, Hollandiya, İtaliya və digər ölkələrlə mədəniyyət layihələri həyata keçirir.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600