Home / Diaspor / Polşada azərbaycanlı hərbçinin xatirəsi anılıb

Polşada azərbaycanlı hərbçinin xatirəsi anılıb

Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov və səfirliyin əməkdaşları bu ölkənin qəhrəmanlıq tarixində dərin iz qoymuş, 1924-1944-cü illərdə Polşa ordusunda xidmət etmiş, əslən Azərbaycandan olan polkovnik Vəli bəy Yadigarın məzarını ziyarət ediblər.

Vəli bəy Yadigar 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olub. O, 1921-ci ilin martınadək bolşeviklərə qarşı mübarizə aparıb və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirət edib. Polşada “Armiya Krayova” xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.

Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il sentyabrın 11-də təşkil olunmuş müqavimət hərəkatında iştirak edib, Mazovetski süvari briqadasının qərargah rəisi olub. Polşanın işğalından sonra Armiya Krayovanın tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi Varşava üsyanında iştirak edib. Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət edib, 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib. Vəsiyyətinə əsasən Polşada dəfn edilib.

2017-ci il sentyabrın 7-də Varşava şəhərində general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidənin açılışı olub.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …